• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi

DÜNYA

24 Avqust 2025 | 14:55

Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi

Xarici vətəndaşlar üçün Rusiya Federasiyasının elektron vizalarının etibarlılıq müddəti iki dəfə artırılaraq 120 günə çatdırılıb. Bu viza ilə ölkədə qalma müddəti də iki dəfə - 30 günə qədər yüksəldilib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər 22 avqustdan qüvvəyə minib.

İndiyədək elektron vizanın etibarlılıq müddəti 60 gün, qalma müddəti isə 16 gün idi.

Qayda yalnız birdəfəlik vizalara şamil olunur.


SON XƏBƏRLƏR

23 Avqust 2025