• Bakı 21° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Rusiya Danimarkanın aeroportunda insidentlə əlaqəsinə dair iddiaları əsassız adlandırıb

DÜNYA

23 Sentyabr 2025 | 14:51

Rusiya Danimarkanın aeroportunda insidentlə əlaqəsinə dair iddiaları əsassız adlandırıb

Kreml Danimarka hökumətinin nümayəndələrinin ölkənin hava məkanının pozulmasında Rusiyanın iştirakı ilə bağlı bəyanatlarını əsassız adlandırıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Norveç və Danimarkada hava limanlarının bağlanması ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

"Hər dəfə əsassız ittihamlarla çıxış etmək, düzünü desək, belə bəyanatların davam etdirilməsinin artıq nəzərə alınmamasına gətirib çıxarır, çünki hər dəfə oradan əsassız ittihamlar eşidirik", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagen hava limanının işində yaranan nasazlıqda Rusiyanın əlaqəsinin olduğunu istisna etməyib.


SON XƏBƏRLƏR

22 Sentyabr 2025