• Bakı C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Dünyanın ən bahalı idman klublarının - SİYAHISI

İDMAN

24 Dekabr 2025 | 19:00

Dünyanın ən bahalı idman klublarının - SİYAHISI

Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı 50 idman klubunun reytinqini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıya Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas” klubu başçılıq edir. 2016-cı ildən bəri reytinqin ilk pilləsində yer alan komandanın dəyəri 12 milyard ABŞ dollarıdır.

Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Qolden Steyt Uarriors” (11 milyard dollar) ikinci, NFL-in “Los-Anceles Rams” komandası (10,5 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Siyahıda Avropadan cəmi dörd futbol klubu yer alıb. Bunlar İspaniyanın “Real Madrid” (6,75 milyard dollar), “Barselona” (5,65 milyard dollar), İngiltərənin “Mançester Yunayted” (6,6 milyard dollar) və “Liverpul” (5,4 milyard dollar) kollektivləridir.

Reytinqə Formula 1 klublarından isə “Ferrari” (6,5 milyard dollar) və “Mercedes” (6 milyard dollar) daxil olublar.


SON XƏBƏRLƏR