• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Zakir Həsənov liviyalı həmkarına başsağlığı verdi

SİYASƏT

24 Dekabr 2025 | 18:27 | Müəllif: Subhan Mahmudov

Zakir Həsənov liviyalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri cənab Abdülhəmid Dibeybəyə başsağlığı verib. 

Bakıvaxtı.az xəbər verir ki, başsağlığında deyilir:

"Türkiyə Respublikasından rəsmi səfərdən qayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzaya uğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın və digər heyətin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026