Avropa qoşun yeritməklə Moldovanı işğal etməyə hazırlaşır.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bəyanat yayıb.
Bəyanata əsasən, hazırda NATO silahlı qüvvələrinin bölmələri Moldova sərhədi yaxınlığında Rumıniyada cəmləşir. NATO qoşunları Dnestryanı qorxutmaq üçün Odessa vilayətində yerləşdirilməyə hazırlanır. Fransa və Britaniyadan olan peşəkar hərbçilərin ilk qrupu artıq ərazidədir.
"Avropa rəsmiləri qorxur ki, Brüssel və Kişinyov tərəfindən hazırlanan seçki nəticələrinin kobud şəkildə saxtalaşdırılması çıxılmaz vəziyyətdə qalmış Moldova vətəndaşlarını öz hüquqlarını müdafiə etmək üçün küçələrə çıxmağa məcbur edəcək. Daha sonra prezident Maia Sandunun tələbi ilə Avropa dövlətlərinin silahlı qüvvələri moldovalıları diktatura rejimini qəbul etməyə məcbur edəcəklər", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Moldovada parlament seçkiləri bu il sentyabrın 28-nə təyin edilib.
Gülşən Şərif