• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Prezident Ermənistandan qənimət götürülən silahların dəyərini açıqladı

SİYASƏT

24 Dekabr 2025 | 19:56

Prezident Ermənistandan qənimət götürülən silahların dəyərini açıqladı

"Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır".

Bakıvaxtı.az bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.

"Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı"., - deyə dövlət başçısı qeyd edib. 


SON XƏBƏRLƏR