• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

"Bura gələndə elə bilirdik, Kəbəni ziyarətə gəlirik"

CƏMİYYƏT

24 Dekabr 2025 | 20:39

Bura gələndə elə bilirdik, Kəbəni ziyarətə gəlirik

"Mən də təqdimat edim: ruhani şair, Ağdamdan din xadimi Hacı Fərman Azançı. Cənab Prezident, əvvəla sizlərin üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun ki, bu gün o qədər bizim ürəyimiz açılıb ki, Quzanlıdan bu gün buraya gələndə and olsun Allaha, elə bilirdik ki, Kəbəni ziyarət eləməyə gəlirik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ağdam şəhər sakini Prezident İlham Əliyevlə görüşdə deyib. 

"Ağdam bizim Kəbəmiz, qibləgahımızdır. Bu gün bütün bunları bizə bəxş edən Siz, Sizin Müzəffər, Qalib Ordunuz, şəhidlərimiz, döyüşən oğlanlarımızdır. Allah, Xudavəndi Aləm sizlərdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə sakin bildirib: 


SON XƏBƏRLƏR