• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Rusiyada 10 turist itkin düşüb

DÜNYA

24 Avqust 2025 | 13:04

Rusiyada 10 turist itkin düşüb

Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı ərazisində 10 nəfərdən ibarət turist qrupu ilə əlaqə kəsilib.

Bakıvaxtı.az xəbər verir ki, axtarış üçün xilasedicilər, polis əməkdaşları və yerli administrasiya qüvvələri cəlb olunub.

Axtarışda Qornoye və Qoryaçie Klyuçi qarnizonlarından hərbçilər də iştirak edir.

Axtarış zamanı turistlərdən biri – xəsarət almış qadın aşkar edilib. Onun qalan qrup üzvləri ilə birlikdə olmadığı, düşərgədə qaldığı bildirilib. Yaralı Kurilsk şəhərinə aparılır. Digər 9 nəfərin axtarışları isə davam edir.

Məlum olub ki, itkin düşən turistlər bölgənin sakinləri deyil və yürüş barədə rəsmi qurumlara məlumat verməyiblər. Qaydalar üzrə onlar marşrut və vaxt barədə əvvəlcədən xəbərdarlıq etməli idilər.


SON XƏBƏRLƏR

23 Avqust 2025