• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Ərdoğan Fələstin Dövlətini tanıyan ölkələri təbrik edib

DÜNYA

23 Sentyabr 2025 | 10:43

Ərdoğan Fələstin Dövlətini tanıyan ölkələri təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasında keçirilən Fələstin məsələsinə həsr olunmuş yüksək səviyyəli konfransda çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Fələstin probleminin artıq qlobal bir problemə çevrildiyini vurğulayıb və konfransa həmsədrlik edən Fransa və Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

Ərdoğan Fələstin Dövlətini tanıyan ölkələri təbrik edib və bu addımların iki dövlətli həllin həyata keçirilməsini sürətləndirəcəyinə ümid etdiyini söyləyib. O, İsrailin Qəzzada apardığı hücumlar nəticəsində böyük humanitar fəlakət yaşandığını və 65 mindən çox insanın həyatını itirdiyini qeyd edib.

Prezident  beynəlxalq ictimaiyyəti Fələstin xalqının hüquqlarını müdafiə etməyə çağırıb, ekspansionizm və qeyri-sabitlik cəhdlərinin dayandırılmasını tələb edib. O, işğal və ilhaq siyasətinin iki dövlətli həll vizyonunu öldürməyə yönəldiyini bildirərək buna heç vaxt yol verilməməli olduğunu vurğulayıb.

Ərdoğan konfransda Fələstin Dövlətini tanıyan ölkələrin mövqeyini qəti və konkret addımlarla dəstəkləmələrinə ümid etdiyini qeyd edib.Türkiyə lideri dərhal atəşkəs elan edilməsini, humanitar yardımın Qəzzaya maneəsiz çatmasını və İsrail qüvvələrinin geri çəkilməsini tələb edib.

O, Fələstinin BMT-də tamhüquqlu üzv olmasının və milli potensialının gücləndirilməsinin vacib olduğunu bildirib.

Əli Hüseynov
 


SON XƏBƏRLƏR

22 Sentyabr 2025