Ukrayna prezidenti Vladimir Zelenski və İsveçin baş naziri Ulf Kristersson İsveçin Linköpinq şəhərində Kiyevin 100-dən 150-dək ən son "Gripen" qırıcı təyyarəsi alması məqsədi ilə niyyət məktubu imzalayıblar. Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbr verir ki, Kristersson « Gripen »in istehsalçısı Saab müdafiə qrupunun qərargahının yerləşdiyi şəhərin hava limanındakı anqarda bildirib ki, bəyanat hava hücumundan müdafiə sahəsində uzunmüddətli əməkdaşlıq və müdafiə sənayesində çox böyük müqavilənin mümkünlüyü haqqındadır :
“Yəqin ki, 100-dən 150-dək Gripen E-modelli qırıcı təyyarələr yeni, güclü Ukrayna Hərbi Hava Qüvvələri yaratmaq üçün indi istehsal olunmağa başlayır".
Aydın Baxış