İsrailin mümkün hücumuna qarşı əvvəlki müharibədəkindən daha yaxşı hazırıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "The Economist" jurnalına verdiyi müsahibədə bildirib.
"Raketlərimiz həm kəmiyyət, həm də keyfiyyət baxımından daha yaxşı vəziyyətdədir. 12 günlük müharibə zamanı bir çox dərs çıxardıq. Güclü və zəif tərəflərimizi, eləcə də israilliləri müəyyən etdik; bütün bu məsələləri həll etdik və tam hazırıq. Hətta keçən dəfəkindən daha hazırlıqlıyıq. Bu, müharibə axtardığımız anlamına gəlmir. Müharibənin qarşısını almağın ən yaxşı yolu ona hazır olmaqdır", - deyə o qeyd edib.
Bakı 



