• Bakı 18° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Trampdan Rusiyaya böyük SANKSİYA HƏDƏSİ: “...vaxtı yetişib”

DÜNYA

23 Oktyabr 2025 | 07:24

Trampdan Rusiyaya böyük SANKSİYA HƏDƏSİ: “...vaxtı yetişib”

"Vladimir Putinlə görüşüm mənə uyğun görünmədi, ona görə də onu ləğv etdim".

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bildirib. O qeyd edib: "Hesab edirəm ki, Rusiyaya qarşı nəhəng sanksiyaların tətbiqinin vaxtı yetişib.

Oval kabinetdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Tramp jurnalistlərə deyib: “Mən hər dəfə Vladimirlə danışanda, yaxşı söhbətlərimiz olur, ancaq bu müzakirələr müsbət nəticələrə gətirib çıxarmır. Mən buna təəssüflənirəm.

Bununlabelə, məsələyə optimistyanaşmağıntərəfdarıyam. Düşünürəm ki, prosesi irəli aparmaq üçün Çin prezidenti Si Cinpin Putinə böyük təsir göstərə bilər.

Qeyd edək ki, Vladimir Putin və Donald Tramp telefon danışığında  tezliklə Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəliblər, lakin ABŞ prezidenti müzakirələri vaxt itkisi hesab edərək, ondan imtina edib və görüş üçün şərtlərin artıq uyğun olmadığını bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

22 Oktyabr 2025