ABŞ çərşənbə günü yerli vaxtla günün ikinci yarısında və ya cümə axşamı səhər Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli şəkildə gücləndirildiyini elan edəcək.
Bakıvaxtı.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, bunu çərşənbə günü Ağ Evdə ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı yeni sanksiyaların əhəmiyyətli dərəcədə gücləndirildiyini elan edəcək.
"Bunun nə olduğunu görmək üçün gözləməli olacaqsınız", - deyə o əlavə edib.