Ukrayna prezidenti Vladimir Zelenski bu gün Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, o, həmçinin BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxış edəcək.
Zelenski və birinci xanım Yelena Zelenska "Ukraynalı uşaqların qaytarılması üzrə beynəlxalq koalisiya"nın toplantısında iştirak edəcəklər.
Gün ərzində Zelenskinin Kanadanın baş naziri Mark Karni və digər liderlərlə də görüşləri planlaşdırılıb.
Əli Hüseynov