ABŞ Ukraynaya Qərb istehsalı olan "Storm Shadow" uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"ABŞ Ukraynanın müttəfiqlər tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb. Məhdudiyyətin aradan qaldırılması Kiyevə Rusiya daxilində hədəflərə hücumları gücləndirməyə və Kremlə daha böyük təzyiq göstərməyə imkan verəcək", - nəşr yazıb.
Mənbələr bildiriblər ki, qərar bu cür hücumları təsdiqləmək səlahiyyətinin müharibə naziri Pit Heqsetdən ABŞ-nin Avropadakı qüvvələrinin ali komandanı, həmçinin NATO komandanı general Aleksus Qrinkieviçə ötürülməsindən sonra verilib.
Təyyarələrdən buraxılan "Storm Shadow" raketləri 300 km məsafədəki hədəfləri vura bilir.