Ukrayna yaxın tarixinin ən çətin anlarından birini yaşayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib.
"Bu, tariximizin ən çətin anlarından biridir. Ukraynaya təzyiq indi ən ağır anlardan biridir. Ukrayna indi çox çətin bir seçimlə üzləşə bilər: ya ləyaqətinin itirilməsi, ya da əsas tərəfdaşını itirmək riski. Ya çətin 28 punkt, ya da son dərəcə çətin qış və daha çox risklər. Azadlıq, ləyaqət və ədalətsiz həyat - və artıq iki dəfə hücum etmiş birinə etibar etməyimiz", - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ sülh planını müzakirə edərkən ölkənin milli maraqları nəzərə alınmalıdır:
"Biz Amerika və bütün tərəfdaşlarla (sülh planı üzrə) sakitcə işləyəcəyik. Əsas tərəfdaşımız olan ABŞ ilə konstruktiv axtarış olacaq. Mən arqumentlər təqdim edəcəyəm, inandırmağa çalışacağam, alternativlər təklif edəcəyəm, amma düşmənə Ukraynanın sülh istəmədiyini demək üçün heç bir səbəb verməyəcəyik".
Dövlət başçısı həmçinin ölkənin siyasi qüvvələrini daxili çəkişmələri dayandırmağa və birləşməyə çağırıb. "Özümüzü toparlamalı, ağlımızı başımıza yığmalı, mübahisələri, siyasi oyunları dayandırmalıyıq. Dövlət fəaliyyət göstərməlidir, müharibə vəziyyətində olan ölkənin parlamenti birləşmiş şəkildə, müharibə vəziyyətində olan ölkənin hökuməti səmərəli işləməlidir", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, gələn həftə çətin olacaq, "siyasi və informasiya baxımından çoxlu təzyiq olacaq".
"Siz yetkin və məlumatlı xalqsınız. Düşmən yatmır", - deyə Ukrayna lideri fikrini yekunlaşdırıb.
Bakı 



