• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım edib

DÜNYA

24 Avqust 2025 | 13:23 | Müəllif: Gülşən Şərif

Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım edib

Norveç Almaniya ilə birlikdə mülki əhalini və hərbi infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün Ukraynaya “Patriot” və radar sistemləri verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi bəyanatında qeyd olunur.

Norveçin Baş naziri Jonas Qar Ştere bildirib ki, ölkə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 7 milyard Norveç kronu (təxminən 695,7 milyon dollar) ayırır.

Onun sözlərinə görə, Almaniya ilə birlikdə Norveç öz ərazisini və mülki əhalisini Rusiyanın hava hücumlarından qorumaq məqsədilə Ukraynaya dəstək vermək üçün güclü hava hücumundan müdafiə sistemləri təqdim edir.

Norveç və Almaniya iki “Patriot” sistemi üçün pul ödəyir.

Bundan əlavə, rəsmi Oslo alman istehsalı olan hava hücumundan müdafiə sistemlərinin alınmasına öz töhfəsini verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026