• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır

İQTİSADİYYAT

25 Iyul 2025 | 16:28

Daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 1, 5 və 7-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti dəfə hərraclar keçiləcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbir.

Məlumata görə, 1-ci hərraca texnika və 16 lot üzrə 97 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1980-2012-ci illəri əhatə edir.

2-ci hərraca Şəki şəhərində yerləşən əmlak kompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak kompleksinin ümumi faydalı sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri 1986-2018-ci illəri əhatə edir.

3-cü hərraca 56 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2001-2013-cü illəri əhatə edir.

Beləliklə, Azərbaycanda daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılır.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR

25 Iyul 2025