• Bakı 24° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Azərbaycanın metanol ixracından qazancı 10 %-ə yaxın artıb

İQTİSADİYYAT

23 Avqust 2025 | 19:55

Azərbaycanın metanol ixracından qazancı 10 %-ə yaxın artıb

 Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 59 milyon 790,65 min ABŞ dolları dəyərində 245 min 938,15 ton metanol (metil spirti) ixrac edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,6 % artıb, həcmi isə 10,1 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,21 % təşkil edir.

İyulda isə ölkədən 6 milyon 485,96 min ABŞ dolları məbləğində 38 min 390,04 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 25,4 % və 9,2 % azdır.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.


SON XƏBƏRLƏR