• Bakı 19° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Azərbaycanın Gürcüstandan avtomobil alışına çəkdiyi xərc 18 % azalıb

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 18:00

Azərbaycanın Gürcüstandan avtomobil alışına çəkdiyi xərc 18 % azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 156 milyon ABŞ dolları dəyərində 5 713 ədəd avtomobil ixrac edib.

Bakıvaxtı.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq - 37 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,7 milyard ABŞ dolları dəyərində 70 972 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 4,5 % çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstandan Qırğızıstana 884 milyon ABŞ dolları dəyərində 27 316 ədəd, Qazaxıstana 494 milyon ABŞ dolları dəyərində 28 962 ədəd, Tacikistana 63 milyon ABŞ dolları dəyərində 3 055 ədəd, Özbəkistana 41,6 milyon ABŞ dolları dəyərində 1 476 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.


SON XƏBƏRLƏR