2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35,86 milyard manat təşkil edib.
Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Bu dövrdə icmal büdcənin xərcləri isə 29,03 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 % çoxdur.
İcmal büdcənin profisiti isə son bir ildə 21% azalaraq 6 milyard 838,1 milyon manata enib.