• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - Vüqar Bayramov

İQTİSADİYYAT

21 Noyabr 2025 | 12:33

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - Vüqar Bayramov

Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov Azərbaycanda minimum əməkhaqqının gəlir vergisindən azad edilməsini təklif edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, bir çox ölkələrdə bu praktika mövcuddur və Azərbaycanda tətbiqi həm dövlət, həm də özəl sektorda aşağı maaş alan vətəndaşların sosial təminatını gücləndirə bilər.

Deputatın sözlərinə görə, vergidən azad olunan məbləğin 400 manat müəyyənləşdirilməsi minimum əməkhaqqı alan vətəndaşların real gəlirlərini artıracaq.

Parlament üzvü əlavə edib ki, bu addım sahibkarlar üçün ciddi əlavə xərc yaratmayacaq və mərhələli tətbiq biznes sektorunun uyğunlaşmasını asanlaşdıracaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR