• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Turan birliyinin hərbi ritmi: Yeni güc ssenarisi yazılır

SİYASƏT

21 Noyabr 2025 | 09:20

Turan birliyinin hərbi ritmi: Yeni güc ssenarisi yazılır

"Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə hərbi, hərbi-texniki və müdafə sahəsində əməkdaşlıq artan dinamika ilə inkişaf edir".

Bunu Bakıvaxtı.az-a Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından danışan hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib.

Onun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra türk dünyasının birləşməsi, Cənubi Qafqazda Ermənistanın dəstəklədiyi separatizmin tamamilə təmizlənməsi ərazidə yeni konfiqurasiya yaratdı:

"Bir çox ölkələr Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin açılmasından məmnun deyil. Xüsusilə İran bunu dəfələrlə açıq mətnlə ifadə edib".

Ekspert qeyd edir ki, Cənubi Qafqazda yeni konfiqurasiyanın yaranması, nəqliyyat dəhlizlərinin açılması və s. kimi bir çox layihələrin də müəllifi Azərbaycanla Türkiyədir. Digər kənar qüvvələrinin regiyona daxil edilməməsi, Cənubi Qafqazda güc balansını daim üstün səviyyədə saxlamaq üçün zəruri olan bütün addımlar atılır.

Ədalət Verdiyev: Turan birliyinə daxil olan ölkələrin hərbi təlimləri də planlaşdırılır

Müsahibimiz detib ki, eyni zamanda isə Turan birliyinə daxil olan ölkələrin hərbi təlimləri də planlaşdırılır. Dediyinə görə, onlar gələn il Azərbaycan ərazisində keçiriləcək. Bu isə bir daha kənar və ziyanlı qüvvələrinin regiona müdaxilə imkanlarını məhdudlaşdırmaq məqsədə daşıyır:

“Azərbaycanla Türkiyənin digər konstruktiv dövlətlərlə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır. Bu əməkdaşlıq digər ölkələr üçün də açıqdır. Yətər ki, bu ölkələrin regionda kooperativ maraqları olmasın".

Ə.Verdiyev vurğulayıb ki, bütün hallarda Azərbaycan-Türkiyə əməkdaşlığı təhlükəsizliyə, rifaha, inkişafa, tərəqqiyə istiqamətlənən bir formatdır. İstənilən bu prinsipləri özü üçün əsas götürən ölkələr də bizə qoşula bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 Noyabr 2025