• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Nil çayının deltasında 225 ədəd qədim heykəlcik tapılıb

    DÜNYA

    21 Noyabr 2025 | 13:06

    Nil çayının deltasında 225 ədəd qədim heykəlcik tapılıb

    Nil çayının deltasında yerləşəm qədim Tanis arxeoloji məkanında fironların dövrünə aid 225 ədəd heykəlcik tapılıb.

    Bakıvaxtı.az “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Fransa arxeoloji missiyası Misirdə 22-ci sülalənin kralı III Şoşen dövrünə aid 225 heykəlcik aşkar edib. Mütəxəssislər bunu 1946-cı ildən bəri qədim paytaxt Şərqiyə ərazisində ən əhəmiyyətli kəşf kimi qiymətləndiriblər.

    Sorbon Universitetinin arxeoloqu Frederik Payrunun rəhbərlik etdiyi missiya kolleksiyanı kral II Osorkonun əzarının şimal kamerasının içərisində aşkar edib. Heykəlciklər sahibi uzun müddət sirr olaraq qalan bəzəksiz qranit sarkofaqın yaxınlığında, lil təbəqələri içərisində yaxşı qorunmuş vəziyyətdə tapılıb.

    Ərazi Şərqiyə qubernatorluğunun Hüseyniyə rayonunda yerləşir. Arxeoloqlar onilliklərdir ki, sarkofaqın kimə məxsus olduğunu araşdırırlar. Yeni dəlillər indi 22-ci sülalənin ən nüfuzlu hökmdarlarından biri və Tanisdəki memarlıq işləri ilə tanınan III Şosenin olduğu ehtimalını gücləndirir.

    Misirin Ali Qədim Əşyalar Şurasının (SCA) baş katibi Məhəmməd İsmayıl Xalid bu kəşfi Tanis qazıntıları üçün əlamətdar bir hadisə adlandıraraq qeyd edib ki, XX əsrin ortalarından bəri ərazidə buna bənzər əhəmiyyətli arxeoloji tapıntı olmayıb. O, sarkofaqın sahibinin müəyyən edilməsinin həmin dövrdə kralların dəfn ənənələrini öyrənmək baxımından vacib olduğunu vurğulayıb.

    Yeni kəşf, həmçinin Tanisin davamlı arxeoloji potensialını vurğulayır. Xalid ərazinin hələ də bir çox sirri saxladığını qeyd edərək, həmin dövrün ən vacib kral mərkəzlərindən birində qazıntı və konservasiya işlərinin davam etdirilməsinə ehtiyac olduğunu bildirib.

    Missiya eyni kameranın içərisində əvvəllər məlum olmayan kitabələri də aşkar edib. Misirin Antik Əşyalar Departamentinin rəhbəri Məhəmməd Əbdül-Badiyənin sözlərinə görə, yeni kitabələr tədqiqatçılara kral məzarlarının bu dövrdə necə istifadə edildiyi və uyğunlaşdırıldığı barədə anlayışlarını təkmilləşdirməyə kömək edəcək.

    AZƏRTAC 


    SON XƏBƏRLƏR