• Bakı C

    8.8 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Ofisiantların öldüyü yerdən GÖRÜNTÜLƏR - YENİLƏNİB

HADİSƏ

21 Noyabr 2025 | 16:00

Ofisiantların öldüyü yerdən GÖRÜNTÜLƏR - YENİLƏNİB

Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.

Bakıvaxtı.az APA-ya istinadən həmin görüntüləri təqdim edir:

 

***

15:28

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, fakta görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

15:19

Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən "Lake Hotel"in mühafizəçisi Əliağa Həsənov deyib.

“Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxundu”.

***

15:03

Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.

Bakıvaxtı.az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlar dəmir konstruksiyanın yerini dəyişərkən hadisə baş verib.

***

14:33

"Lake Hotel"in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, adıçəkilən şəxslər qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

13:28

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Yanvar 2026