• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Parlamentin 2026-cı ildə xərcləri bu qədər olacaq

SİYASƏT

21 Noyabr 2025 | 12:56

Parlamentin 2026-cı ildə xərcləri bu qədər olacaq

Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.

Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.

Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.

Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.

Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR