İsrail ordusu Qüdsün şimalındakı Kefr Akab qəsəbəsinə gecə saatlarında basqın təşkil edib.
Bakıvaxtı.az-ın xarici mətbauta istinadla məlumatına görə, hücumlar zamanı biri uşaq olmaqla iki fələstinli həlak olub.
Bildirilib ki, ağır yaralanan şəxslər Fələstin Qızıl Aypara qrupları tərəfindən xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Fələstin Səhiyyə Nazirliyi ölənlərin 18 və 16 yaşlı şəxslər olduğunu nəzərə çatdırıb.
Əli Hüseynov
Bakı 


