• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Yonhap: Şimali Koreya qoşunları Cənubi Koreya ərazisinə keçib

DÜNYA

21 Noyabr 2025 | 09:21

Yonhap: Şimali Koreya qoşunları Cənubi Koreya ərazisinə keçib

Noyabrın 19-da Koreya Xalq Ordusunun əsgərlərinin Koreyalararası sərhədi qısa müddətə pozması halı yaşanıb. Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Şimali Koreya qoşunları sərhəddə iş aparırmış. Agentliyin mənbələri Koreya Xalq Ordusunun şəxsi heyətinin sayı və ya silahlı olub-olmaması barədə məlumat verməyib. Cənubi Koreya tərəfi əvvəlcə xəbərdarlıq yayımlayıb, sonra isə xəbərdarlıq atəşi açıb. Seul bildirib ki, onlar “təlimatlara uyğun hərəkət ediblər”. Bundan sonra Şimali Koreya əsgərləri öz ərazilərinə qayıdıblar.
 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 Noyabr 2025