Cari ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində 686.9 hektar torpaq sahəsinin zəbt olunması aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə 39.18 ha zəbt edilən torpaq sahələrində 2187 hal üzrə özbaşına tikinti işləri aparılıb. Bunun 1584-ü (62%) yaşayış (24.48 ha), 603-ü (38%) qeyri-yaşayış (14.7 ha) təyinatlı tikililərə aid olub.
Qeyd edilib ki, aşkar edilmiş zəbt halları ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına müraciətlər ünvanlanıb.
“Görülmüş tədbirlər nəticəsində 214 cinayət işi qaldırılıb, 441 sayda qanunsuz tikililər sökülərək 28 ha və ya zəbt edilmiş torpaqların 71%-in ilkin vəziyyətə qaytarılması təmin edilib”,-qurumdan əlavə olunub.
Bakı 



