• Bakı 15° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Komitə sədri: Mediaya tətbiq edilmiş vergi güzəştlərinin müddəti uzadılacaq

SİYASƏT

21 Noyabr 2025 | 11:10

Komitə sədri: Mediaya tətbiq edilmiş vergi güzəştlərinin müddəti uzadılacaq

2019-cu ildən etibarən qeyri-neft sektorunun özəl bölməsində çalışan şəxslər üçün vergi güzəştləri tətbiq olunur. Aparılan islahatlar nəticəsində həm işçi sayında, həm də əməkhaqlarında əhəmiyyətli dərəcədə leqallaşma müşahidə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsinə və digər 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, 2026-cı il yanvarın 1-dən başlayaraq Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə sadələşdirilmiş vergi tətbiqi nəzərdə tutulur. Həmçinin Naxçıvanda fəaliyyət göstərən sığorta şirkətləri üçün subsidiyalaşdırma mexanizminin tətbiqi təklif edilib.

Azər Əmiraslanov həmçinin vurğulayıb ki, mediaya dəstək məqsədilə tətbiq olunan vergi güzəştlərinin müddəti daha 2 il uzadılacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Noyabr 2025