• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Növbəti köç karvanı Horovluya çatdı

CƏMİYYƏT

21 Noyabr 2025 | 13:37

Növbəti köç karvanı Horovluya çatdı

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün 47 ailə olmaqla 189 nəfər doğma yurda qayıdıb.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər", "Şığı", "Orta", "Gülqasım" və "Xəlifə" kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.


SON XƏBƏRLƏR