“OpenAI” “ChatGPT” platformasına yeni qrup söhbəti funksiyasının əlavə olunduğunu elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu xüsusiyyət sayəsində istifadəçilər dostları, ailə üzvləri və ya iş yoldaşları ilə eyni söhbət pəncərəsində “ChatGPT” ilə birgə işləyə biləcəklər.
Artıq bir nəfərin sualları hazırlayıb cavabları digərlərinə ayrıca göndərməsinə ehtiyac qalmayacaq.
Yeni funksiya ilkin mərhələdə Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Tayvanda istifadəyə verilib. “OpenAI” yaxın zamanda xüsusiyyətin daha çox ölkədə aktivləşdiriləcəyini bildirib.
Qrup söhbəti “Free”, “Go”, “Plus” və “Pro” hesablarında əlçatan olacaq, lakin “Education”, “Enterprise” və “Business” abunəliklərinə daxil edilməyəcək.
“OpenAI” bu funksiyanın planlaşdırma, layihə hazırlığı, komanda işi və beyin fırtınası kimi birgə əməkdaşlıq tələb edən proseslərdə ciddi rahatlıq yaradacağını vurğulayıb. İstifadəçilərin yalnız pilot proqramda olan hesabla daxil olmaları və söhbətə digər iştirakçıları əlavə etmələri kifayətdir.
Şirkət, həmçinin, bildirib ki, qrup söhbətlərində yaddaş (memory) funksiyası deaktiv olacaq və şəxsi söhbətlərin məlumatları qrup söhbətlərinə ötürülməyəcək. Bu isə istifadəçilərə daha yüksək məxfilik təmin edəcək.
Bakı 



