• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Zelenski Trampın şərtləri ilə razılaşıb? - "Sülh olacaq..."

DÜNYA

21 Noyabr 2025 | 09:02

Zelenski Trampın şərtləri ilə razılaşıb? - Sülh olacaq...

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya tərəfindən birgə hazırlanmış sülh planı üzrə müzakirələrə başlamağa razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” nəşri naməlum amerikalı və ukraynalı rəsmilərə istinadən məlumat dərc edib.

Qeyd olunur ki, ötən gün Zelenski Kiyevdə olan ABŞ quru qoşunları naziri Den Driskol ilə danışıb və ondan sülh planının surətini alıb. Bununla yanaşı, Ukrayna prezidenti yeni sülh tənzimlənməsi planı üzrə Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Adı açıqlanmayan amerikalı rəsmilərdən birinin sözlərinə görə, Zelenski və Driskol sənədin imzalanması üçün sərt müddəalar barədə razılığa gəliblər.

Başqa bir amerikalı rəsmiyə görə, Driskolun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri əvvəlcə sırf hərbi məsələlərə həsr olunub, lakin sonradan Ağ Ev ondan ABŞ elçisi Stiven Uitkoff və Dövlət katibi Marko Rubio adından Zelenski ilə danışıqlara başlamağa kömək etməyi xahiş edib.


SON XƏBƏRLƏR

20 Noyabr 2025