Ticarət obyektlərində keçirilən yoxlama zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Azər Ələkbər oğlu Abdullayevə məxsus mağazada "Naturel" və "Belenkaya Vodka", Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Elgün Aydın oğlu Ələkbərova məxsus mağazada "Ağsu", Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Raqif Qədir oğlu Aslanova məxsus "Əkizlər" marketdə "Organic Brand", Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Elçin Ələddin oğlu Abbasova məxsus "Çinar" marketdə "Premium Organic", "Organic Rosinka", "Murava", Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cavid Şəmsəddin oğlu Quluyevə məxsus "Gilavar" marketdə "Organic Rosinka", Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Elnur Şahvələd oğlu Abdullayevə məxsus "BEH" marketdə "N1 Organic" əmtəə nişanlı saxta araqlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub, araşdırmalar davam etdirilir.
Bakı 








