• Bakı 16° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Biləsuvar və Yardımlıda da işıq olmayacaq

CƏMİYYƏT

21 Noyabr 2025 | 10:02

Biləsuvar və Yardımlıda da işıq olmayacaq

Bu gün Biləsuvar və Yardımlı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Biləsuvar rayonunda 3.2 mVA gücündə transformatorda, Yardımlıda isə 35 kV-luq hava xəttində bu gün təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Biləsuvarın Nərimankənd, Səmədabad, saat 13:00-dan 15:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində, eləcə də şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

20 Noyabr 2025