• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Naxçıvanda bu istiqamətdə gömrük rusumları azaldılacaq 

SİYASƏT

21 Noyabr 2025 | 11:12

Naxçıvanda bu istiqamətdə gömrük rusumları azaldılacaq 

Naxçıvan Muxtar Respublikasında sənaye və texnologiya parklarının rezidentləri tərəfindən müdafiə və təhlükəsizlik məqsədilə istifadə edilən texniki vasitələrin ehtiyat hissələrinin gömrük rüsumlarından azad edilməsi təklif edilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsinə və digər 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən müxtəlif layihələr üçün də bu mexanizmin tətbiqi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərin məqsədi müdafiə yönümlü istehsalın dəstəklənməsi, texnoloji imkanların genişləndirilməsi və investorlar üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

10 Yanvar 2026