• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

ABŞ-nin "sülh planı" Ukraynanın kapituliyasiyasıdır - AÇIQLAMA

DÜNYA

21 Noyabr 2025 | 12:18

ABŞ-nin sülh planı Ukraynanın kapituliyasiyasıdır - AÇIQLAMA

“Rusiya-Ukrayna savaşı, əslində Qərb-Rusiya savaşıdır”.

Bunu politoloq Fəqani Məmmədov Bakıvaxtı.az-a Rusiya ilə Qərb arasında artan gərginliyin Cənubi Qafqazda regional siyasətin konturlarını necə dəyişdiyindən danışarkən bildirib.

Onun sözlərinə görə, Ukrayna bir dövlətdən daha çox bir cəbhə xəttidir:

“Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulmasında, təəssüf ki, Ukrayna istifadə olunan, danışıqlar masasında hər an qurban verilə bilən bir ölkə halına gəldi”.

Müsahibimiz bildirib ki, mətbuata sızdırılan ABŞ-nin "sülh planı" demək olar, açıq-aydın Ukraynanın kapituliyasiyasıdır. Dediyinə görə, 1938-ci ildə Çexoslavakiyanı güzəştə gedənlər bu gün eyni oyunu Ukraynada oynamaqdadırlar:

"Eyni ssenari 2008-ci ildə Gürcüstanda da sınandı, lakin kiçik ərazi, az saylı xalq, zəif ordu və Avropa ilə birbaşa sərhədlərin olmaması səbəbindən Gürcüstan sadəcə 6 gün duruş gətirə bildi".

Fəqani Məhərrəmli: Cənubi Qafqaz ölkələri Azərbaycanın çətiri altında birləşməli və müstəqilliklərini qorumalıdırlar

Ekspertə görə, Qərbin hərbi-siyasi dairələri düşünürlər ki, Ukraynanı Rusiyaya güzəştə getməklə təhlükəsizlik problemini təmin edə biləcəklər. Amma həmsöhbətimiz hesab edir ki, bu yalnışdır:

“Ukraynada istədiyini əldə edən Rusiya, heç şübhəsiz ki, Polşa-Litva sərhəddi boyu uzanan "Suvalski koridorunu" ələ keçirməyə və Kalinqradala Rusiya arasında, Belarus üzərindən quru yolu təmin etməyə çalışacaq ki, bu da üç Baltik ölkəsinin Avropa ilə əlaqələrinin tamamilə itməsi ilə nəticələnəcək".

F.Məmmədov vurğulayıb ki, Rusiyanın uzun müddətli strategiyasına, Cənubi Qafqaz və Orta Asiya da daxildir. Hazırki şərtlərdə və şəraitdə belə bir geopolitik təhlükə ən çox Gürcüstanı təhdid edir:

"Qərblə Şərq arasında koridor ölkə olmaq özəlliyi, Qara dənizə çıxış imkanları, iki strateji regionunun Rusiya tərəfindən işğalı Gürcüstanı yenidən hədəf ölkə halına gətirə bilər ki, bu da bizi bir ölkə olaraq düşündürür. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji zəkası, dəqiq geopolitik hesablamaları, istənilən halda ölkəmizin bu qarışıq və çətin proseslərdən uğurla çıxacağına dəlalət edir".

Politoloqun fikrincə, ərazi bütövlüyümüzün təmin edilməsi, güclü iqtisadiyyat və qalib ordu, ən əsası "Araz" və "Zəngəzur" dəhlizlərinin sürətlə inşası düşünməyə əsas verir ki, Cənubi Qafqaz ölkələri Azərbaycanın çətiri altında birləşməli və müstəqilliklərini qorumalıdırlar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 Noyabr 2025