Rusiyanın Ukraynanın qərbindəki Ternopol şəhərinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, xilasedicilər çoxmərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədini çıxarıblar. Beləliklə, həlak olanların sayı 28-ə yüksəlib, onlardan üçü uşaqdır.
"94 nəfər xəsarət alıb, 16 nəfər isə itkin düşmüş hesab olunur", – xidmətdən bildirilib.
Bakı 



