• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Bilayət Eyvazov Gürcüstandadır: birgə saziş imzalandı

CƏMİYYƏT

21 Noyabr 2025 | 12:27

Bilayət Eyvazov Gürcüstandadır: birgə saziş imzalandı

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.


SON XƏBƏRLƏR