• Bakı 16° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Aİ ABŞ-ın Ukrayna ilə bağlı sülh planını uğursuz hesab edib

    CƏMİYYƏT

    21 Noyabr 2025 | 12:00

    Aİ ABŞ-ın Ukrayna ilə bağlı sülh planını uğursuz hesab edib

    Avropalı rəsmilər və diplomatlar ABŞ-ın Ukrayna münaqişəsinə yanaşma tərzini dəyişməsindən və Kiyevə uğursuz sövdələşmə təklifindən məyusdurlar.

    Bakıvaxtı.az xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Brüssel Donald Trampın planının Rusiyanı qane edən siyahıdan ibarət olduğunu düşünür və bunun çox uğursuz plan olduğuna inanır. Avropa İttifaqı (Aİ), həmçinin Ukraynaya hərbi yardım xərclərini ödəməyə razılaşdıqdan sonra belə, danışıqlar masası arxasında yer almadıqlarından narazıdırlar.

    Qeyd edək ki, noyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Kiyev və Moskvanın mövqeləri nəzərə alınmaqla Ukraynadakı münaqişənin nizamlanması üzrə təkliflər hazırladığını bildirib. “Axios” portalının yazdığına görə, Vaşinqtonun təklifləri ABŞ-ın Ukrayna və Avropaya təhlükəsizlik zəmanəti verməsi müqabilində Kiyevin müəyyən ərazilərdən imtinasını ehtiva edir.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Ukrayna münaqişəsi üzrə “razılaşma” ilə bağlı rəsmi kanallar vasitəsilə ABŞ-dan heç bir məlumat almayıb.


    SON XƏBƏRLƏR

    20 Noyabr 2025