• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Amerikanın SÜLH PLANI: Donetsk və Luqansk Rusiyada qalır?

DÜNYA

21 Noyabr 2025 | 07:53

Amerikanın SÜLH PLANI: Donetsk və Luqansk Rusiyada qalır?

“Amerikanın sülh planı həm Ukrayna, həm də Rusiya üçün yaxşıdır".

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karoline Levit bildirib. O qeyd edib:

"Prezident Donald Tramp bu planı dəstəkləyir. Bu, həm Rusiya, həm də Ukrayna üçün yaxşı plandır və biz bunun hər iki tərəf üçün məqbul olduğuna inanırıq.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi plana görə, Ukrayna Donetsk və Luqansk vilayətlərini tərk edəcək. Vaşinqton tərəfindən dəstəklənən və təklif olunan  sülh planında  Krımın, eləcə də Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrinin “de-fakto” Rusiyanın ərazisi kimi tanınması göstərilir.

28 bənddən ibarət bu plana əsasən, indiki cəbhə xətti boyunca daha iki region, cənubda Xerson və Zaporojjya rayonları bölünəcək. Mətndə həmçinin Ukrayna ordusunun 600 min əsgərlə məhdudlaşdırılacağı, NATO-nun Ukraynada qoşun yerləşdirməməyi öhdəsinə götürəcəyi, lakin Avropa qırıcılarının Polşada yerləşəcəyi qeyd olunur.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Noyabr 2025