• Bakı 16° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

“Yağlıvənd: faciədən zəfərə” filminin təqdimatı oldu

CƏMİYYƏT

21 Noyabr 2025 | 09:51

“Yağlıvənd: faciədən zəfərə” filminin təqdimatı oldu

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə “Yağlıvənd: faciədən zəfərə” sənədli filminin təqdimatı olub.

Bu barədə Bakıvaxtı.az-a filmin ssenari müəllifi və rejissoru – yazıçı Tağı Türk bildirib.

Tədbirdə məktəbin direktoru Həcər Mahmudova, Əməkdar artist Nizami Abdullayev, Araz Yağlıvənd kənd musiqi məktəbinin direktoru Elmin İdrisli, həmçinin şəhid ailələrinin üzvləri çıxış ediblər.

Çıxış edənlər filmin əhəmiyyətini xüsusi vurğulayaraq bildiriblər ki, Yağlıvənd faciəsi tariximizin ən ağrılı, eyni zamanda xalqın dözüm və iradəsini nümayiş etdirən unudulmaz səhifələrindəndir.

Film 15 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin Füzuli rayonunun Yağlıvənd kəndini bombalaması nəticəsində baş verən faciədən bəhs edir. Hücum zamanı 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 100-ə yaxın kənd sakini yaralanıb.

Tədbir iştirakçıları filmin faciənin gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.


SON XƏBƏRLƏR

20 Noyabr 2025