• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

"Forbes": 907-ci düzəlişin ləğvi ilə Bakı Xəzər regionunda Vaşinqton üçün əsas strateji tərəfdaşa çevriləcək

SİYASƏT

21 Noyabr 2025 | 03:33

Forbes: 907-ci düzəlişin ləğvi ilə Bakı Xəzər regionunda Vaşinqton üçün əsas strateji tərəfdaşa çevriləcək

Azadlığa Dəstək Aktına köhnəlmiş 907-ci düzəlişin ləğvi ABŞ-yə Azərbaycanın əhəmiyyətli neft və qaz ehtiyatlarına, eləcə də nadir torpaq elementlərinə çıxış imkanı verəcək. Bununla da Bakı Xəzər regionunda Vaşinqton üçün əsas strateji tərəfdaşa çevrilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin "Forbes" nəşrində dərc olunmuş məqalədə bildirilir.

Məqalənin müəllifi Mark Temnitski qeyd edir ki, Rusiyanın diqqəti Ukraynaya yönəlsə də, onun cənub cinahında ciddi geosiyasi dəyişikliklər baş verir. Azərbaycan rəsmi olaraq Orta Asiya C5 blokuna (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) qoşulub və bu da ABŞ və Avropa üçün yeni imkanlar yaradır.

Müəllif vurğulayır ki, Azərbaycanın ABŞ-nin strateji tərəfdaşına çevrilməsi Çinin nadir torpaq elementləri üzərindəki qlobal inhisarını zəiflətməyə imkan verə bilər.

Məqalədə həmçinin bildirilir ki, Azərbaycanla ABŞ arasındakı yeni münasibətləri daha da gücləndirmək üçün Konqres Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvini nəzərdən keçirə bilər.


SON XƏBƏRLƏR

20 Noyabr 2025