Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81 %-i, tikinti-quraşdırma işlərinin 29 %-i yerinə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometrdir.
Qeyd edilib ki, layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Bakı 




