• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Bu şirkət tullantı sularını birbaşa Daşagil gölünə axıdıb

CƏMİYYƏT

06 Yanvar 2026 | 11:46

Bu şirkət tullantı sularını birbaşa Daşagil gölünə axıdıb

Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “CAN-PA” MMC-də istehsalatda və məişətdə formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, şirkət formalaşan tullantı sularının xüsusi çəkilmiş boru ilə heç bir tənzimləmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdıb.

Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu tərəfindən keçirilən monitorinq zamanı üzə çıxıb.

Şirkət barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə “CAN-PA”nı 7500 manat məbləğində inzibati qaydada cərimələyib.

Qeyd edək ki, “CAN-PA” MMC Azərbaycanda şirniyyat istehsalı ilə tanınır.


SON XƏBƏRLƏR