• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yol polisi sürücülərə çağırış etdi

CƏMİYYƏT

05 Fevral 2026 | 10:24

Yol polisi sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır.

Bu barədə idarədən Bakıvaxtı.az-a daxil olan məlumatda qeyd olunub.

Bildirilib ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır:

"Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır ki, bu da sonda ağır nəticələrə səbəb olur.

Məlumdur ki, hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsi mütləqdir. Çünki, vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır.

Sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edirik. Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026