• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

MAQATE-dən qətnamə: İran dərhal hesabat verməlidir

DÜNYA

21 Noyabr 2025 | 08:54

MAQATE-dən qətnamə: İran dərhal hesabat verməlidir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrandan nüvə ehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə gecikmədən hesabat verməsini tələb edən qətnaməyə səs verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, qətnamə AEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbul edilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədə agentliyə gecikmədən məlumat verməsi tələb olunur.

Qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf səslə qəbul edilib.


SON XƏBƏRLƏR

20 Noyabr 2025