Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda ÜDM-in nominal dəyəri 63 %, real göstəricisi isə 34 % artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.
O deyib ki, bu artım sektorda tətbiq olunan güzəştlərin və əlverişli iş mühitinin nəticəsidir.
Nazirin sözlərinə görə, gələn il qeyri-neft-qaz sektorunda vergi yükü ÜDM-in cəmi 13,1 %-i olacaq və bu, Azərbaycanın sahibkarlıq üçün aşağı vergi mühiti yaratdığını göstərir. Ümumi iqtisadiyyat üzrə vergi yükü isə 15,9 % təşkil edir.
Əli Hüseynov
Bakı 



