2026-cı ilin büdcə zərfi çərçivəsində Naxçıvan Muxtar Respublikası üçün olduqca irəliləyən və güzəştlərlə zəngin xüsusi bir rejim formalaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi paketinə daxil olan Vergi Məcəlləsi və digər 16 qanuna təklif olunan dəyişikliklərin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, həm iqtisadiyyatın müxtəlif sahələri üçün yeni imtiyazlar tətbiq edilir, həm də bir sıra vergi dərəcələrinin endirilməsi planlaşdırılır. Kiçik və orta biznes subyektləri üçün də ciddi güzəştlər nəzərdə tutulur.
“Müzakirələrimiz və əməkdaşlığımız büdcə gəlirlərinin davamlı şəkildə təmin olunması, düzgün fiskal siyasətin formalaşdırılması, dövlətin gəlir və xərc mexanizmlərinin daha səmərəli idarə edilməsi, eləcə də sahibkarlıq və ümumi iqtisadi inkişaf üçün zəruri şəraitin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
Əli Hüseynov
Bakı 



