• Bakı 17° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Quba sakinindən narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb

CƏMİYYƏT

21 Noyabr 2025 | 09:07

Quba sakinindən narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb

Quba sakinindən müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Pirvahid kənd sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Pərvin Mustafayev saxlanılıb.

Həmin şəxsin idarə etdiyi avtomobil və yaşadığı ünvandan narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin, eləcə də yüksək təsiredici həblər aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə P.Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

20 Noyabr 2025